![]() |
![]() |
![]() |
|
![]() |
![]() |
![]() |
Siyavuş Kərimi

S.Kəriminin 1990-cı ildə respublikada keçirilən “Odlar yurdu” müsabiqəsində , digər estrada festival və müsabiqələrdə qələbə qazanması da onun ifaçı kimi istedad və professionallığının təsdiqi idi.S.Kəriminin professional ifaçı bioqrafiyasında mühüm mərhələlərdən biri də Azərbaycan dövlət tele-radiosunun estrada orkestrində bədii rəhbər işlədiyi(1989-1992), “Cəngi” estrada- folklor qrupuna rəhbərlik etdiyi (1992-1995) illərdir. Bu ansamblın1990-cıillərin əvvəllərində Azərbaycan musiqisinə gətirdiyi yeniliklər,yetişdirdiyi yeni dinləyici auditoriyası,təməlini qoyduğu müasir ənənələr,qazandığı alqışlar Rafiq Babayev,Siyavuş Kərimi,Cəmil Əmirov kimi təcrübəli,novator ifaçı-bəstəkarların birgə nailiyyəti idi.R.Babayevin faciəli ölümündən sonra, ansambl üzvləri onun rəhbərliyini S.Kərimiyə etibar edirlər .Sonrakı illərdə bu ansambl da, R.Babayev adına musiqi studiyası da S.Kəriminin yaradıcı rəhbərliyi ilə fəaliyyətini uğurla davam etdirir.
1980-cı illərin sonu 1990-cı illərin əvvəllərində S.Kərimi estrada musiqisində özünü ilk dəfə bəstəkar kimi də sınayır və ilk sınaqdakı uğuru ilə görkəmli həmkarlarının dəstəyini qazanır. Professional estrada bəstəkarı olduğunu artıq ilk mahnıları, estrada pyesləri ilə təsdiq edən S.Kərimi ,bununla yanaşı nəzəri bilik, bədii duyum ,istedad ,fantaziya ən əsası ciddi professionallıq tələb edən daha bir çətin sahə ilə- estrada ansamblları üçün orkestrləşdirmə və aranjimanla da məşğul olur.O,respublikamızda ilk təcrübəli və uğurlu aranjimançı kimi nüfuz qazanaraq, bir çox bəstəkarların mahnılarını aranjiman etmişdir. Sirr deyil ki, mahnıların tez bir zamanda geniş dinləyici rəğbəti qazanmasında və sevilməsində ,onların professional səviyyədə orkestrləşdirilməsi və aranjimanı əsas şərtlərdən biridir.Bu mənada,mahnı bəstəkarlarının uğurlarında S.Kəriminin də istedadlı,təcrübəli ifaçı-bəstəkar və aranjimançı kimi əməyi vardir.
S.Kərimi 1990-2000-ci illərdə də estrada sahəsində ifaçı və bəstəkar kimi, professional aranjimançı kimi uğurlu fəaliyyət göstərir. Bu illərdə yeni layihələr həyata keçirir,bir çox esrada müsabiqələrində və festivallarında həm təşkilatçı,həm də münsiflər heyətinin üzvü kimi iştirak edir,estrada,caz musiqisində yeni və istedadlı müğənni,ifaçı nəslinin yetişməsinə,onların sənətdə uğurlu addım atmasına nail olur.
Siyavuş Kərimi 1970-ci illərdən etibarən Azərbaycan estrada-ifaçılıq sənətinin inkişafı proseslərində professional ifaçı kimi yaxından iştirak etmişdir.1979-1980-ci illərdə R.Behbudov adına Dövlət Mahnı Teatrında solist işləyərək,teatrın konsertlərində,qastrol səfərlərində çıxış etmişdir.Vaxt etibarilə az olsa da, Rəşid Behbudovun rəhbərlik etdiyi kollektivdə çalışması onun ifaçılıq təcrübəsini artırmış və qazandığı təcrübə sonrakı uğurlarına bir zəmin olmuşdur.S.Kərimi “Aşıqlar” vokal-instrumental estrada solist,bədii rəhbər kimi işlədiyi 1980-cı illərdə Azərbaycan estradasına bir nailiyyətlər qazandırmışdır. O illərdə bütün SSRİ məkanında kifayət qədər populyar olan bu ansambl ,demək olar, hər il qastrol turnesinə çixaraq,SSRİ-nin şəhərlərində,konsert salonlarında maraqlı proqramla çıxış etmişdir. “Aşıqlar” ansamblının fəaliyyəti əyani təsdiq edirdi ki,Azərbaycan musiqi incəsənəti yalnız klassik musiqi, xanəndə-sazəndə sənəti sahəsində deyil,müasir estrada musiqisi ,estrada janrının fərqli üslubları sahəsində də istedadlı ifaşılara, kollektivlərə, musiqi əsərlərinə malikdir.Dövrün kontekstindən yanaşsaq,1980-cı illərdə Dövlət televiziya və radiosunun estrada orkestri istisna olmaqla,bu ansambl respublikamızın professional estradasında ciddi alternativi olmayan, liderlik edən və nailiyyətlər qazanan peşəkar kollektiv olmuşdur.Onun fəaliyyətində vurğulamaq istədiyim bir cəhət dövlət müəssisəsinin kollektivi deyil,məhz müstəqil kollektiv olmasıdır ki,həmin dövr üçün bu,nadir hadisə sayılırdı.
Bu ansamblın nailiyyətlərində,onun əsas və daimi üzvlərindən və rəhbərlərindən biri S.Kəriminin xüsusi əməyi olmuşdur.İstər repertuarın hazırlanmasında,məşqlərdə, konsertlərə hazırlıqda,mahnıların oranjiman olunmasında,qastrolların təşkilində S.Kəriminin yaradıcı əməyi bu kollektivin uğurlarına böyük təsir göstərmişdir. Ansamblın repertuarında bəstəkar mahnıları ilə yanaşı , xalq mahnılarının , rəqslərinin də yer alması, onların pop-estrada üslubunda səslənməsi,faktiki olaraq,Azərbaycan musiqisinin XX əsrin nəhəng və çoxmillətli SSRİ ölkəsində təbliği demək idi.Caz,pop üslublu nımunələrə tar,ud və ya elektron alətlərin ifasında muğam elemenlərini-parçalarını daxil etmıklə, caz və muğam tipli improvizələri qovuşdurmaqla, S.Kərimi hələ o illərdə fərqli musiqi üslublarının, ritmlərinin sintezinə nail olurdu.
Azərbaycan Milli Konservatoriyasının rektoru
Siyavuş Kərimi
Siyavuş Kərimi bir çox beynəlxalq musiqi lahiyələrinin müəllifidir. Azərbaycan–Norveç vokal musiqi lahiyəsi (2001)Azərbaycan və Cənubi Amerika musiqiçiləri ilə müştərək yaratdıqları «Salam hola» beynəlxalq lahiyəsi (2002) onun rəhbərliyi ilə uğurla həyata keçirilmişdir. Siyavuş Kərimi «Sarı gəlin», «Sonuncu döyüş», «Əlvida cənub şəhərim», «Girov» və s. bədii filmlərə, 9 seriyadan ibarət «Heydər Əliyev» televiziya filminə, 2 animasiya filminə və 10-dan artıq teatr tamaşasına musiqi bəstələmişdir. «Hamlet» əsərinin musiqisinə görə «Qızıl Dərviş» mükafatına (2003) layiq görülmüşdür.Siyavuş Kərimi Milli musiqinin inkişafı, tədrisi, tədqiqi və təbliği sahəsində mühüm əhəmiyyətli işlər görür. Onun rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti bu istiqamətlərdə geniş fəaliyyət göstərirlər. O, «Saz məktəbi» dərsliyinin həm müəllifi (A.Quliyev, M.Əliyevlə birlikdə), iki cilddən ibarət «Azərbaycan xalq mahnıları» kitabının tərtibçisidir. “Muğam ensiklopediya”sının “Azərbaycan xanəndələri” CD toplusunda “Gənc xanəndələr” bölməsinin səsyazısına rəhbərlik etmişdir.
![]()
![]() 2000 - 2010
www.conservatory.az © Azərbaycan Milli Konservatoriyası |